Türkiyə labirintdən keçir: “Əgər dünya bizə verdiyi sözü tutmasa…”

Dünya

13.06.2022 - 19:12

Ankara milli maraqları, təhlükəsizliyi və gələcəyi üçün mühüm qərarlar qəbul etmək məcburiyyətindədir

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalına yönəlik əməliyyat anonsu verməsinin ardından ilginc proseslər başlayıb. Əvvəlcə Suriya Prezidenti Bəşər Əsədin Rusiyanın “Russia Today” informasiya agentliyinin ərəb bürosuna verdiyi açıqlamanın özətinə diqqət edək:

“Türkiyə sərhədlərimizdən içəri əməliyyatlara başlasa, şərait imkan verdiyi qədər buna qarşılıq verəcəyik. Hətta ictimai dirəniş müqavimətinə başlayacağıq”.

İmdi bu iki cümləni analiz edək. “Şərait imkan verdiyi qədər” nə mənaya gəlir? Cavablar:

  1. Rusiya icazə versə;
  2. Türk ordusuna qarşı hiyləgər basqınlara fürsət tapdıqca.

İndi əsas suala gələk:

“Fürsət tapdıqca” ifadəsini “ictimai dirəniş” fikri ilə birləşdirəndə nə ortaya çıxır: Əcəba, bölgədəki PKK/YPG yaraqlıları ilə Əsəd arasında gizli bir əməkdaşlıq ola bilərmi? Əsəd belə bir hiyləgərliyi edərmi? Yaşayıb görəcəyik.

Rusiyanın Türkiyə ilə Əsəd arasında bir xətt, zolaq formalaşmasını istədiyini bilirik. ABŞ-dan sonra Rusiyanın da PKK/YPG ilə təmaslarda olduğundan, əməkdaşlıq etdiyindən də xəbərdarıq.

Belə olan halda: Türkiyənin qarşısına ciddi alternativlər çıxarmağa çalışıldığını deyə bilərik.

Rusiya nöqteyi-nəzərindən

Rusiya Əsədə verdiyi təhlükəsizlik zəmanəti ilə yüz illərdir xəyalını qurduğu isti dənizlərə çıxış layihəsini həyata keçirmiş oldu. Suriyanın Tartus limanına nüvə başlıqları daşıyan ən güclü gəmilərini yerləşdirdi. İndi Moskva Ankaranı Əsədin mövcudluğuna inandırmağa çalışır və bu yolda YPG-ni istifadə edir.

ABŞ nöqteyi-nəzərindən

Amerika öz qoşunlarını bölgədən çəkdiyi bəyan etsə də, indiyədək PKK/YPG-nin hegemonluğu saxladığı bölgənin zəmanətçisi rolunda çıxış edir. Terror təşkilatlarına silah-sursat yardımları davam edir. Vaşinqton Tehran və Moskvaya qarşı bir güc olaraq həmin bölgəni nəzarətində saxlayır.

Bizə gəlincə…

Və belə bir dalana dirəniş nöqtəsində Türkiyə öz maraqları, təhlükəsizliyi, gələcəyi üçün mühüm qərarlar qəbul edir. Ölkə daxilində kökünü kəsdiyi terroru sərhədlərinin o tərəfindən də silmək istəyir.

Bu məqamda müdhiş bir diplomatiya mübarizəsinin aparıldığını da bilirik. Kəşfiyyat qurumları arasındakı əlaqələrdən, müzakirələrdən, mübadilələrdən xəbərlər alırıq.

Belə bir əsnada Ankaranın dünyaya ünvanladığı bu mesaj yerinə düşür: “Əgər siz Türkiyəyə verdiyiniz terrorla mübarizə sözünüzü tutmasanız, biz öz başımızın çarəsinə baxacağıq”…

Müəllif: Fatih Çekirge

Mənbə: "hurriyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli