Aviaşirkət Kişinyova martın 21-dək uçuşları ləğv etdiyini də açıqlayıb
Fevralın 24-dən etibarən Ukraynaya uçuşları ləğv edən Türk Hava Yolları (THY) bu müddəti martın 21-nə qədər uzatdığını açıqlayıb. Bu barədə AYNA Türkiyə mediasına istinadən bildirir.
“24 fevral - 21 mart 2022-ci il tarixləri arasında Ukraynaya hər iki istiqamətdə bütün reyslərimiz ləğv edilib. Bu müddət üçün bilet alan sərniişinlərimiz onu dəyişdirmək və ya geri qaytarmaq hüququna malikdirlər”, - deyə məlumatda qeyd edilib.
Bununla yanaşı, aviaşirkət Kişinyova (Moldova) martın 21-dək, Rostova (Rusiya) isə martın 20-dək uçuşları ləğv etdiyini qeyd edib.