CNN: əslində demokratların namizədi bütün vətəndaşlar üçün deyil, ən zəngin amerikalılar və iri şirkətlər üçün vergi artımı elan edib
ABŞ Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp seçki videosunda Demokratlar Partiyasının namizədi Kamala Harrisin ifadələrini bilərəkdən təhrif edib. AYNA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Trampın videosunun fraqmentlərindən birində Harrisin “vergiləri xeyli artıracağını” iddia edən “New York Times” məqaləsinə keçid var. Amma reallıqda demokratların namizədi bütün vətəndaşlar üçün deyil, ən zəngin amerikalılar və iri şirkətlər üçün vergi artımı elan edib.
Bundan əlavə, videoda demokratların namizədinin miqrantlara qarşı liberal siyasətini nümayiş etdirmək üçün istifadə edilən 2018-ci ildə NBC-nin məqaləsindən “qanunsuz mühacirlər üçün üstünlüklər” ifadəsi də var. Bununla belə, orijinal mətn DACA proqramının iştirakçıları üçün lisenziyalardan bəhs edir.
Respublikaçıların seçki qərargahı bununla bağlı şərh verməyib.