Tramp: “Zelenski Krımın qaytarılması tələbindən əl çəkməyə hazırdır”

Dünya

28.04.2025 - 10:58

Həkimlər Klinikalar SEO Xidməti

"Bəlkə ABŞ-ın 44-cü Prezidenti Barak Obama ilə əlaqə saxlamalısınız?”

“Volodimir Zelenski Krımın Ukraynaya qaytarılması tələbindən əl çəkməyə hazırdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Morristown” hava limanında (Nyu Cersi) Ağ Evin Mətbuat Xidmətinin jurnalistləri ilə söhbəti zamanı bildirib.

"İnanıram ki, bu, doğrudur. Bəli", - Amerika lideri vurğulayıb.

"12 ildir heç kim bu məsələni qaldırmayıb, indi birdən bu haqda danışırlar. Ona görə də Zelenskiyə dedim: "Bəlkə ABŞ-ın 44-cü Prezidenti Barak Obama ilə əlaqə saxlamalısınız? Ondan soruşun ki, niyə yarımadadan imtina etdi? Yeri gəlmişkən, onlar atəş açmadan ondan imtina etdilər”, - Tramp əlavə edib.

Qeyd edək ki, Ukrayna Prezidenti V.Zelenski bütün bəyanatlarında Kiyevin Krımdan əl çəkməyəcəyini vurğulayır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş