Tramp xarici yardım xərclərini 2,5 milyard dollar azaldacaq

Dünya

25.03.2025 - 14:59

Həkimlər Klinikalar SEO Xidməti

Tədbirlər müttəfiqlərə, o cümlədən Ukraynaya hərbi yardıma təsir etməyəcək

ABŞ Prezidenti Donald Tramp əvvəllər ayrılmış “fövqəladə büdcə xərclərini” təxminən 3 milyard dollar azaldacaq. Bunun 2,5 milyard dolları xarici yardım üçün nəzərdə tutulub. AYNA.AZ xəbər verir ki, bu barədə “Semafor” portalı Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələr deyiblər ki, Tramp ABŞ-ın keçmiş Prezidenti Co Bayden administrasiyası tərəfindən qəbul edilən 2023-cü il üçün borcların artırılması qanun layihəsi çərçivəsində ayrılan təcili maliyyə vəsaitinin həcmini azaldacaq.

Portal yazıb ki, Trampın ixtisar etməyi planlaşdırdığı təxminən 2,5 milyard dollar xaricə yardım, o cümlədən miqrasiya və qaçqınlarla məşğul olan QHT-lərə dəstək, Moldova və Gürcüstanda iqtisadi inkişaf və inklüzivliklə bağlı layihələrə ayrılmalı idi. Bununla belə, tədbirlər müttəfiqlərə, o cümlədən Ukraynaya hərbi yardıma təsir etməyəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş