Tramp öldürülən qaradərilinin ailəsinə zəng edib

Dünya

01.06.2020 - 12:16

“Bu günə qədər heç kimə yalvarmamışdım”

 

ABŞ-ın Minnepolis şəhərində polis tərəfindən saxlanılarkən öldürülən qaradərili Corc Floydun qardaşı Filonise Floyd və ailəsi ABŞ Prezidenti Donald Tramp və ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden ilə telefon əlaqəsi saxlayıb. AYNA xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

 

Məlumatda, Floydun Tramp ilə telefon danışığında onun danışmasına icazə vermədiyi bildirilib: “O, mənə danışmaq imkanı da vermədi. Çox çətin idi. Mən onunla danışmağa çalışırdım, amma o, sözümü kəsirdi.”

 

“Mən sabiq vitse-prezident Baydendən də ədalətin təmin olunmasını istədim. Bu günə qədər heç kimə yalvarmamışdım. Amma qardaşım üçün yalvarmağa məcbur oldum, onun üçün ədalət istədim”, - deyə Floyd əlavə edib.

Müəllif: Ayna.az