Tramp Nobel Sülh Mükafatı almaq istəyir

Dünya

04.03.2025 - 22:26

Həkimlər Klinikalar SEO Xidməti

Trampın Ukrayna ilə Rusiya arasında sülh sazişi bağlamaq istəyi də mükafat almaq arzusu ilə bağlıdır

ABŞ Prezidenti Donald Tramp “Yaxın Şərqdə sülh proseslərinə verdiyi töhfəyə görə” sülh üzrə Nobel Mükafatına namizəd göstərilib. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Darrell İssa deyib.

Issa Trampın namizədliyini elan edərək, “heç kim mükafata Trampdan çox layiq deyil” deyib.

“The Hill”ə şərhində İssanın nümayəndəsi deyib ki, namizədlik prezidentin regionda sülh səyləri ilə bağlıdır.

O vurğulayıb ki, Tramp “müharibəsiz dünya” ideyasını təbliğ edir və bu səylər təkcə Yaxın Şərqdə deyil, dünyanın digər regionlarında da nəzərə çarpır.

Qeyd edək ki, Tramp bir neçə dəfə Nobel Sülh Mükafatına namizəd olub: 2019-cu ildə o, Şimali Koreya ilə razılıq əldə etmək səylərinə görə Yaponiyanın Baş naziri Şinzo Abe tərəfindən namizəd göstərilib. 2024-cü ildə konqresmen Klaudiya Tenni Trampı İsrail və ərəb ölkələri arasında “İbrahim razılaşması”na vasitəçilik etdiyi üçün namizəd göstərib.

Bəzi ekspertlər hesab edir ki, Trampın Ukrayna ilə Rusiya arasında sülh sazişi bağlamaq istəyi də mükafat almaq arzusu ilə bağlıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş