Sabiq Prezident: “Bayden ölkəmizi cəhənnəmə aparan psixi fəlakətdir!”
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp indiki dövlət başçısı Co Baydenin dəli olduğunu söyləyib. AYNA xəbər verir ki, bu barədə tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Tramp Baydeni “qəddar, axmaq və bacarıqsız” adlandırıb, həmçinin onu dəlilikdə ittiham edib. Siyasətçinin fikrincə, bunu ABŞ administrasiyasının həyata keçirdiyi “iyrənc və ölkəyə hədələyici” hərəkətlər sübut edir.
“Bayden ölkəmizi cəhənnəmə aparan psixi fəlakətdir!”, Tramp fikrini yekunlaşdırıb.
Bundan əvvəl sabiq Prezident bildirmişdi ki, Baydenin immiqrasiya siyasəti “ABŞ tarixində indiyə qədər edilən ən böyük və ən dağıdıcı səhv” olacaq.