Keçmiş Prezident: “Ayağa qalxıb dünyaya silahlarımızın bitdiyini deyən adam Prezidentdir”
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Pentaqonun artilleriya sursatlarının çatışmazlığını elan edən hazırkı dövlət başçısı Co Baydeni tənqid edib. AYNA xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda nüvə silahından istifadə risklərinə görə ABŞ tarixində “ən təhlükəli dövrdür” və Prezident postunu nə etdiyini başa düşməyən adam tutur.
“Ayağa qalxıb dünyaya silahlarımızın bitdiyini deyən adam Prezidentdir”, deyə Tramp vurğulayıb.
Tramp iddia edib ki, onun səlahiyyət müddətinin sonunda ABŞ-dakı hərbi anbarlar ağızına qədər dolub: “bayden adminstrasiyası qısa müddətdə bu silahları verdi. Hər şeyi verdinsə, bu, dəhşətlidir. Bundan daha pis ola biləcək yeganə şey, bu barədə bütün dünyaya danışmaqdır”.
"Sən necə axmaq ola bilərsən ki, belə bir şey deyirsən?", - Tramp əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Bayden ABŞ-ın Ukraynaya göndərəcəyi sursatın tükənmək üzrə olduğunu söyləyib.