Tramp: “Bayden Ukraynanın NATO-ya daxil ola biləcəyini açıqlayanda axmaqlıq etdi”

Dünya

13.08.2024 - 12:32

cedabet dərman SEO Xidməti

“Vladimir Putinin Ukraynaya qoşun göndərmək qərarına gəlmək şansı yox idi”

“ABŞ Prezidenti Co Bayden Ukraynanın NATO-ya daxil ola biləcəyini açıqlayanda axmaqlıq edib və bu, silahlı münaqişənin başlanmasına səbəb olub”. AYNA xəbər verir ki, bu sözləri ABŞ-da prezidentliyə namizəd və ABŞ-ın keçmiş lideri Donald Tramp amerikalı sahibkar və milyarder İlon Maska müsahibəsində deyib.

“Bayden Rusiyaya nəsə etdi. Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qoşun göndərmək qərarına gəlmək şansı yox idi”, Tramp bildirib.

Əlavə edib ki, hakimiyyətə gəldikdən sonra Bayden rusiyalı həmkarı ilə danışıqlar aparmayıb və “axmaq şeylər danışmağa” başlayıb. Onların arasında keçmiş Amerika lideri “Ukrayna artıq NATO-ya üzv ola bilər” sözlərini qeyd edib.

Müsahibə zamanı Tramp həmçinin Putini “yaxşı danışıq aparan” adlandırıb və əlavə edib ki, 2022-ci ilin fevralında Putin danışıqlar prosesinə başlamaq üçün Ukrayna ilə sərhədə qoşun yığmağa başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş