Tramp andiçmə mərasimindən sonra Putinlə danışacaq

Dünya

20.01.2025 - 11:27

Həkimlər Klinikalar SEO Xidməti

Yeni Prezident komandasına telefon danışığı təşkil etməyi tapşırıb

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp öz komandasına yanvarın 20-də andiçmə mərasimindən sonrakı ilk günlərdə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb. AYNA xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, “Tramp vəzifəyə başladıqdan bir neçə gün sonra köməkçilərinə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb”.

CNN xəbər verir ki, söhbət mövzularından biri Ukraynadakı münaqişənin həlli üçün yaxın aylarda iki lider arasında mümkün şəxsi görüşün müzakirəsi olacaq.

Yanvarın 7-də Tramp etiraf edib ki, Ukraynadakı münaqişənin həlli onun seçki kampaniyası zamanı bildirdiyi 24 saatdan çox çəkə bilər. O, inauqurasiyadan sonra Ukrayna böhranı mövzusunda Putinlə danışıqlar aparmaq arzusunda olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş