“Toyota” Rusiyadakı işini dayandırıb

Dünya

03.03.2022 - 04:29

Həkimlər Klinikalar SEO Xidməti

“Toyota” bu ölkəyə avtomobil ixrac etməyəcək

Yaponiyanın "Toyota Motor" şirkəti Rusiyada avtomobil istehsalını dayandırıb. AYNA xəbər verir ki, bu barədə “Nikkei” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, “Toyota Motor" xaricdən ehtiyat hissələrin tədarükü ilə bağlı problemlər səbəbindən Rusiyada avtomobillərin istehsalını dayandırır.

“Toyota” bu ölkəyə hələlik avtomobil də ixrac etməyəcək.

Nəşrin yazdığına görə, Yaponiyanın “Honda” və “Mazda” şirkətləri də ixracı dayandırmağa qərar veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş