Tokayev təyyarə qəzası zamanı yardım göstərən bir sıra qurumların əməkdaşlarını təltif edib

Dünya

29.12.2024 - 21:57

Həkimlər Klinikalar SEO Xidməti

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda qəzaya uğramış təyyarənin sərnişinlərinin xilas edilməsində vətəndaş məsuliyyəti, şücaət və peşəkarlıq göstərmiş ölkə vətəndaşlarını təltif edib.

AYNA-nın məlumatına görə, təltif olunanlar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, tibb işçiləri, polis əməkdaşları, Mangistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının işçiləri var.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub. Qəza nəticəsində 6 Qzaxıstan vətəndaşı həlak olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş