Tokayev Azərbaycana gələcək

Xəbərlər

18.08.2022 - 15:19

Həkimlər Klinikalar SEO Xidməti

Qazaxıstan Prezidentinin səfər tarixi bəlli olub

Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev Azərbaycanın dövlət başçısı İlham Əliyevin dəvəti ilə avqustun 24-də Bakıya rəsmi səfərə gələcək.

AYNA qazax mediasına istinadən bildirir ki, dövlət başçılarının geniş tərkibdə görüşləri nəzərdə tutulub.

Görüş zamanı ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar əməkdaşlığın intensivləşdirilməsi də daxil olmaqla, strateji tərəfdaşlığın inkişafının nəzərdən keçiriləcəyi gözlənilir.

Eyni zamanda, ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş