"Təxribat davam edərsə, Kiyevi vuracağıq" - Rusiyadan XƏBƏRDARLIQ

Dünya

13.04.2022 - 22:54

Həkimlər Klinikalar SEO Xidməti

MN: "Rusiya ordusunun indiyədək çəkindiyi mərkəzlərə zərbələr endiriləcək"

Rusiya Silahlı Qüvvələri Kiyevə zərbə endirə biləcəyini açıqlayıb. AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

“Biz Ukrayna qoşunlarının təxribat cəhdlərini və Rusiya ərazisindəki hədəflərə zərbələr endirdiyini görürük. Belə təxribat davam edərsə, Rusiya Silahlı Qüvvələri qərarqəbuletmə mərkəzlərinə, o cümlədən Kiyevdə Rusiya ordusunun indiyədək çəkindiyi mərkəzlərə zərbələr endirəcək”, - deyə Rusiya MN-dən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş