Tərtərdə yol işçiləri minaya düşüb: xəsarət alanlar var

Hadisə

18.02.2022 - 15:36

Həkimlər Klinikalar SEO Xidməti

Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər

Bu gün Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AYNA-ya verilən məlumata görə, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş