Tərtərdə ekoturizmlə bağlı seminar

Xəbərlər

28.04.2022 - 11:04

Həkimlər Klinikalar SEO Xidməti

Tədbir Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən keçirilib

Ekoloji İnformasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “ Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması , monitorinqi və tövsiyyələrin hazırlanması” layihəsinin icra planına uyğun olaraq Tərtər rayonunda seminar təşkil edib.

AYNA xəbər verir ki, Tərtər rayon Gənclər evində baş tutan görüşdə 20 nəfərlik turizm sektorunun nümayəndələri təmsil olunub.

Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı çıxış edərək layihənin məqsədi və qarşıya qoyulan məqsədlərdən danışıb. Bildirib ki, möhtərəm Prezident İlham Əliyevin qətiyyəti sayəsində müzəffər ordumuz Ermənistan Respublikasının işğalı altındakı torpaqlarımızı uzun illərdən sonra azad edib. İndi Qarabağın yerlə yeksan edilmiş şəhərlərində abadlıq quruculuq işləri sürətlə davam edir. Yaxın illərdə Qarabağın rayonları turistlər üçün çəlbedici yerlərdən olacaq. Odur ki, layihənin də məqsədi Qarabağda turizmin təşviqini həyata keçirməkdən ibarətdir.

Tərtər rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə baş məsləhətçisi Zabil Paşayev başçı Müstəqim Məmmədovun adından qonqları salamlayaraq, 44 günlük vətən müharibəsində tərtərlilərin fədakarlığından danışıb. Tərtər rayonunun turizm üçün geniş potensiala malik olduğunu bildirib.

Seminar qarşılıqlı diskusiya şəraitində başa çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş