Tək qalmaq kopayoğlu şeydir

Aktual

26.02.2022 - 13:50

Birinə "ARTİST", digərinə "KONDİTER", o birinə isə "BOKSYOR" dedilər. Sonra baxdılar ki, məsələ başqa cürdür...

Rusiya Qazaxstandan əsgər istədi - Tokayev rədd etdi. Nə deməkdir indi bu? Məncə, dünəndən etibarən Çinin də mütərəqqi dünyanın yanında yer alması, Ukraynanın torpaq bütünlüyünə vurğu etməsi Rusiyanı tamamən yalnızlığa sürüklədi.

Putinin əsəbi görünməsinin səbəbini də burda axtarmaq lazımdır, zənnimcə. Qazaxstanı da məkrli əməlinə alət edib, tək olmadığını göstərmək istəyirdi. Bu birincisi...

İkinci, Kliçkonun bu gün söylədiklərinə baxmaq lazımdır. Kiyev meri şəhərdən rus hərbiçilərinin geri oturdulmasında dinc əhaliyə silah paylamağın əhəmiyyətli rol oynadığını söyləyir. Bu da Putinin Ukrayna xalqının əzmini qıra bilmədiyini göstərir.

II Dünya müharibəsində Ukrayna partizanlarının qəhrəmanlığını unutmayıblar Moskvada. Ən qorxduqları da budur rusların.

Ruslar neçə böyük şəhər ələ keçiriblər? Bilinmir.

Donbassdan, Xarkovdan o yana getməyəcəkdilər. Niyə Kiyevi almağa təşəbbüs edirsən? Burda ki, rusdilli ümid yeriniz yoxdur?

Hanı sizin anlı-şanlı "Pусский Mир"? Niyə dünyaya səpələnmiş insanlarınız sizi dəstəkləmir?

Necə olur ki, Dmitri Peskovun qızı belə "Müharibəyə yox!” deyir? İzah edə bilərlərmi?

Bəs Abramoviçin qızı? Abramoviç özü də "gəmini tərk etsə" nə olacaq bu işlərin sonu?...

SWIFT məsələsində İtaliyadan sonra Fransanın da fikir dəyişməsi Kremldə qorxunc bir panikaya səbəb olub. Gələn həftənin əvvəlində Rusiyada maliyyə kollapsı yaşana bilər. Danışdığım ekspertlər belə deyirlər. Ancaq Qərbə tam güvənə bilmirlər. Almanlar ən başda öz iqtisadi maraqlarını güdür, ancaq bu dəfə onları da razı salmaq olacaq, deyəsən.

Boris Consonun "Rusiya iqtisadiyyatını Dünya iqtisadiyyatından siləcəyik" deməsi bu ölkə üçün geri dönüşü olmayacaq kataklizmlər deməkdir.

Çox çoooox təəssüf ki, "O, əlini qırmızı düyməyə uzada bilərmi?" sualını verənlərin sayı çoxalır...Bunu düşünmək belə dəhşətdir...

Birinə "ARTİST", digərinə "KONDİTER", o birinə isə "BOKSYOR" dedilər. Sonra baxdılar ki, məsələ başqa cürdür...

Müəllif: İbrahim Nəbioğlu