Tehrandan Vaşinqtona XƏBƏRDARLIQ

Dünya

14.04.2024 - 15:44

İran ABŞ-a xəbərdarlıq edib

İran İsveçrə vasitəsi ilə ABŞ-a xəbərdarlıq edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İran ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib.

İsveçrə vasitəsi ilə ABŞ-a xəbərdarlıq edilib ki, əgər Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləyərsə, ABŞ hərbi bazaları Tehranın hədəfi olacaq: “Biz buna təcavüz kimi baxacağıq və uyğun cavab verəcəyik”.

 

Müəllif: Ayna.az