TƏBİB-dən partlayışda xəsarət alanlarla bağlı yeni açıqlama

Xəbərlər

03.04.2022 - 21:34

Həkimlər Klinikalar SEO Xidməti

Xəsarət alanlardan daha 4 nəfər ambulator müalicə üçün evə buraxılıb

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

AYNA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib.

Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə alır. Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş