Ofis daxilində COVID-19 infeksiyasından qorunmaq üçün qaydalara əməl edilməlidir
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ofis binalarının əməkdaşları, sahibkarlar və menecerlərə müraciət edib. AYNA-nın xəbərinə görə, TƏBİB-in yaydığı müraciətdə bildirilib ki, ofis daxilində COVID-19 infeksiyasından qorunmaq üçün qaydalara əməl etməlidirlər.
“Əməkdaşlar COVID-19 haqqında maarifləndirilməli, ofisdə gigiyenaya riayət etməyə təşviq etməklə bağlı posterlər yerləşdirilməlidir. Xəstəliyi olan əməkdaşlar ofis binasına buraxılmamalı və evdə izolyasiya olunmasına şərait yaradılmalıdır. Ofisdə asqırarkən və ya öskürərkən ağız və burun birdəfəlik salfetlə örtülməlidir. Ofis birdəfəlik salfetlərin atılması üçün qapalı zibil qabları ilə təmin olunmalıdır. Ofis əlləri dezinfeksiya etmək üçün içində dezinfeksiyaedici məhlul olan dispenserlərlə təchiz olunmalıdır”, TƏBİB-in müraciətində qeyd olunub.