TƏBİB Bakıda partlayışda yaralananların vəziyyətini açıqlayıb

Xəbərlər

03.04.2022 - 07:10

Həkimlər Klinikalar SEO Xidməti

TƏBİB: Gecə klubunda partlayışda yaralananların 6-sının vəziyyəti ağırdır

3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.

Bu barədə AYNA-ya TƏBİB-dən bildirilib.

Xəsarət alan digər şəxlər ambulator yardım alaraq buraxılıb.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş