Tarif Şurasından dərmanlarla bağlı <font color=red> AÇIQLAMA</font>

Xəbərlər

31.01.2021 - 18:55

Azərbaycanda daha 50 dərman vasitəsinin qiyməti təsdiqlənib

 

Azərbaycanda qiymətləri təsdiqlənən dərman vasitələrinin sayı 12 442 ədədə çatıb. AYNA xəbər verir ki, bu barədə Tarif Şurasının katibi Ceyhun Nəcəfov APA-ya açıqlamasında bildirib.

 

C. Nəcəfov deyib ki, yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclasında Səhiyyə Nazirliyinin müraciəti əsasında dərman vasitələrinin ekspertiza taariflərinə də baxılıb.

 

O cümlədən 50 dərman vasitəsinin tarifi təsdiqlənib: “Bununla da Tarif Şurası tərəfindən qiymətləri təsdiqlənən dərman vasitələrinin sayı 12 442 ədəd olub. Qərar fevralın 1-dən qüvvəyə minəcək”.

 

Müəllif: Ayna.az