“Taliban” Tatarıstandan “KazanForum”da Əfqanıstan sərgisinin təşkilini xahiş edib

Dünya

24.01.2025 - 12:05

Həkimlər Klinikalar SEO Xidməti

Əfqanıstanın sənaye və ticarət naziri Nuriddin Əzizi Minnixanova məktub ünvanlayıb

Əfqanıstandakı “Taliban” hərəkatının nümayəndələri “KazanForum” iqtisadi forumu çərçivəsində Tatarıstan hakimiyyətinə Əfqanıstan sərgisi təşkil etməyi xahiş ediblər. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Əfqanıstanın sənaye və ticarət naziri Nuriddin Əzizi məktub ünvanlayıb.

Əzizi Tatarıstanın rəisi Rüstəm Minnixanova məktubunda yazır: “Biz yaxşı yerdə və aparıcı iş adamlarımızın məhsullarını ən yaxşı şəkildə təqdim etmək üçün sərgi pavilyonu təşkil etmək istərdik”.

Nazir Əzizi həmçinin əlavə edib ki, Kabil Kazanın və forumun tərəfdaşı olmağa və orada ən yüksək səviyyədə iştirak etməyə hazırdır.

Əfqanıstandakı Rusiya Biznes Mərkəzinin rəhbəri Rüstəm Habibullin təsdiqləyib ki, 60-a yaxın aparıcı əfqan iş adamı öz məhsullarını, o cümlədən zərgərlik məmulatları, qida məhsulları və tekstil, xalçalar, kosmetika və məişət kimyası məhsullarını forumda nümayiş etdirməyə hazırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş