Suşalı pensiyaçıların doğma şəhərlərinə səfəri təşkil edilib

Xəbərlər

04.06.2022 - 13:32

Həkimlər Klinikalar SEO Xidməti

Səfər Cıdır düzündə təşkil olunan toplantı ilə başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə şuşalı pensiyaçılar Şuşada səfərdə olublar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AYNA-ya verilən məlumata görə, “Şuşa İli” çərçivəsində təşkil edilən ikigünlük səfər zamanı pensiyaçılar şəhərdəki Yuxarı Gövhər ağa məscidini, məşhur sənətkar Bülbülün ev-muzeyini, eləcə də XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər.

Onlar səfər müddətində dünyaya ilk qədəmlərini basdıqları və ilk kəlmələrini söylədikləri doğma yerlərdə, uşaqlıqlarını, gəncliklərini, atalı-analı, qayğısız günlərini yaddaşlarında oyadan doğma şəhərdə - 30 ildən bəri xatirələrində sevə-sevə yaşatdıqları, doğma məkan və ünvanları gəziblər.

Səfər Cıdır düzündə təşkil olunan toplantı ilə başa çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş