İclasın gündəliyinə üç məsələ daxil edilib
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşa şəhərində keçirilən birgə iclası başa çatıb.
AYNA xəbər verir ki, iclasda komitələrin birgə iclasının gündəliyindəki məsələlər müzakirəyə təqdim olunub. Bildirilib ki, iclasın gündəliyinə üç məsələ daxil edilib.
Deputatlar əvvəlcə işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı məsələlər ətrafında fikirlərini bölüşüblər.
Daha sonra komitələrin üzvləri “Böyük Qayıdış”, məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsi və s. istiqamətlərdə çıxışlar ediblər.