Suriyada içərisində hərbçilərin olduğu avtobus partlayıb

Dünya

04.08.2021 - 15:54

Həkimlər Klinikalar SEO Xidməti

Bir hərbçi ölüb, avtobusun sürücüsü və üç əsgər isə yaralanıb

 

Suriyanın paytaxtı Dəməşqdə suriyalı əsgərləri daşıyan avtobus partlayıb. AYNA SANA-ya istinadən bildirir ki, hadisə nəticəsində bir hərbçi ölüb.

 

Avtobusun sürücüsü və üç əsgər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

 

Məlumata görə, partlayış avtobusun mühərrikində yanacaq çənini alışdıran naqildəki qısa qapanma nəticəsində baş verib.

 

Daha əvvəl mətbuatda partlayışın terrorçular tərəfindən təşkil edildiyi barədə məlumatlar yayılmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş