Sürətlə qocalan qız əməliyyat olunub

Maraqlı

21.01.2020 - 17:56

Əməliyyat üçün, təxminən 25 min dollar ödənilib 

 

Nadir rast gəlinən xəstəlik səbəbiylə vaxtından tez qocalan 15 yaşlı qız bir sıra çətin əməliyyatlardan sonra ictimaiyyət qarşısına çıxıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, 10 fərqli cərrahın iştirak etdiyi əməliyyatdan sonra gənc qız həmyaşıdları kimi görünməyə başlayıb.

 

Belə ki, Çində yaşayan qızın inanılmaz dərəcədə sürətlə yaşlanması, uzun müddətdir beynəlxalq ictimaiyyətin gündəmində idi. Adı qanuni səbəblərdən açıqlanmayan və Xiao Fenq ləqəbini istifadə edən 15 yaşlı qız nadir xəstəlik səbəbindən yaşından daha yaşlı görünürdü. 15 yaşına baxmayaraq, 40-50 yaşlarında görünən gənc qız həmyaşıdlarının təzyiqlərinə və məsxərəsinə məruz qalmışdı.

Lakin bir ay əvvəl edilən əməliyyatdan sonra Xiao Fenq ictimaiyyətin qarşısına çıxıb. “Progeriya” adlanan xəstəlikdən əziyyət çəkdiyi deyilən və üzündə qırışlar əmələ gələn qız “Şenyanq Sunline” Estetik Cərrahiyyə Xəstəxanasında əməliyyat olunub.

 

7 saat davam edən əməliyyatda 10 cərrahın iştirak etdiyi açıqlanıb və gənc qızın son durumu ictimaiyyətə təqdim olunub. Xiao Fenqin əməliyyat üçün, təxminən 25 min dollar ödədiyi də qeyd edilib.

Müəllif: Ayna.az