Suraxanıda yaşayış binasında yanğın olub

Hadisə

16.06.2024 - 23:14

Həkimlər Klinikalar SEO Xidməti

3 nəfər təxliyə edilib

Bakı şəhərinin Suraxanı rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az