Binanın damından özünü yerə atmağa cəhd edən kişi xilas edilib
Sumqayıtda intihara cəhdin qarşısı alınıb. AYNA "Report"a istinadən məlumat verir ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Şıxəliyev Elnur Novruz oğlu ailə münaqişəsi zəminində, 45-ci məhəllədə yerləşən 14 mərtəbəli binanın damından özünü yerə atmağa cəhd edib.
Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. İntihara cəhdin qarşısı alınıb.