Sumqayıtda intihar: vətəndaş xilas edilib

Hadisə

11.06.2022 - 23:38

Çevik müdaxilə nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri, Sumqayıt dənizkənarı bulvarında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, qeyri-çimərlik ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerinə dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb ediliblər.

Çevik müdaxilə nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az