Sumqayıtda avtomobildən oğurluq edilib

Xəbərlər

02.07.2022 - 12:53

Həkimlər Klinikalar SEO Xidməti

Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Sumqayıt şəhərində avtomobildən 1800 manat oğurlanıb. DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisində “Mercedes” markalı bir avtomobildən 1800 manat pul və bank kartının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş O.Xələfov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş