Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə

07.12.2024 - 21:32

Həkimlər Klinikalar SEO Xidməti

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb. AYNA “Report”a istinadən məlumat verir ki, hadisə Sülh prospektində baş verib.

Yolu keçmək istəyən piyada,1966-cı il təvəllüdlü Yaşar Həsən oğlu Əhmədovu avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az