Sumqayıtda 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb

Hadisə

05.04.2024 - 19:30

Xəstəxanaya çatdırılab uşağın həyatını xilas etmək mümkün olmayıb

Sumqayıt şəhərində 5 yaşlı uşaq yaşayış binasının 7-ci mərtəbəsindən yıxılıb. AYNA xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində baş verib.

2019-cu il təvəllüdlü Eduard Mayis oğlu Mürsəlov yaşadığı evin eyvanından yıxılaraq ölüb.

Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az