Faktla bağlı müvafiq ekspertiza təyin edilib
Sumqayıt şəhərində dəm qazı zəhərlənməsi nəticəsində ölüm hadisəsi baş verib.
AYNA.AZ məlumat verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.
1977-ci il təvəllüdlü Nəsirova Həqiqət İmran qızı yaşadığı evin hamam otağında ölü tapılıb. İlkin ehtimala görə, qadın dəm qazından zəhərlənib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırma aparılır.