Sülhməramlılar Azərbaycanı tam tərk edib - VİDEO

Xəbərlər

12.06.2024 - 15:36

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyi: "Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması başa çatıb"

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.

Müəllif: Ayna.az