Sudanda hərbi təyyarə qəzaya uğrayıb

Dünya

26.02.2025 - 12:11

Həkimlər Klinikalar SEO Xidməti

Təyyarənin göyərtəsində olan ekipaj üzvləri və bir neçə zabit həlak olub

Sudanın Omdurman şəhərində hərbi təyyarə qəzaya uğrayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Sudanın “Alrakoba” qəzeti hərbi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, təyyarənin göyərtəsində olan ekipaj üzvləri və bir neçə zabit həlak olub.

“Al Arabiya” telekanalının mənbələrə istinadən verdiyi məlumata görə, təyyarənin qəzaya uğramasına səbəb texniki nasazlıq olub. Qeyd olunub ki, təyyarə Sudan ordusuna məxsus olub.

Təyyarə paytaxt Xartumdakı Vadi Seyidna aviabazasından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş