Su emalı müəssisəsində nöqsanlar aşkarlandı

Xəbərlər

22.05.2023 - 13:04

cedabet dərman SEO Xidməti

Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 21 ünvanında Azər Balahəsən oğlu Dadaşova məxsus su emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yoxlama aparılıb.

AQTA-dan AYNA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu, müəssisənin qeydiyyatdan keçmədiyi və çıxarışla təmin edilmədiyi aşkarlanıb. Həmçinin müəssisədə texnoloji axın ardıcıllığı prinsiplərinin gözlənilmədiyi, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi, eləcə də müvafiq qaydalara uyğun havalandırma sisteminin quraşdırılmadığı məlum olub. Eyni zamanda, müəssisədə dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı və məhsulların markalanmadığı müəyyən edilib. Yoxlama zamanı müvafiq müşayiətedici sənədlər və işçinin müayinədən keçməsinə dair tibbi arayış da müfəttişlərə təqdim olunmayıb.

Aşkarlanan nöqsanlarla bağlı protokol tərtib edilib, müəssisənin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş