“Tramp BMT və onun qurumlarına nifrət edir, lakin o, NATO kimi regional təşkilatları bəyənir”
Finlandiya Prezidenti Aleksander Stubb hesab edir ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-ı NATO-dan çıxarmaq qərarı verməyəcək. Onun sözlərinə görə, Tramp ÜST və Paris İqlim Sazişilə bağlı analoji qərarı NATO ilə bağlı verməyəcək.
AYNA xəbər verir ki, bu barədə Finlandiya Prezidenti CNBC telekanalına müsahibəsində deyib.
“Düşünürəm ki, Tramp beynəlxalq təşkilatlara, yəni BMT və onun qurumlarına nifrət edir, lakin o, NATO kimi regional təşkilatları bəyənir”, Stubb deyib.
Bundan əlavə, Prezident qeyd edib ki, dünyanın ən böyük hərbi ittifaqına rəhbərlik etmək ABŞ-ın maraqlarına uyğundur.