Stoltenberq NATO-nun baş katibi postunu tərk etmək istəyir

Dünya

15.05.2023 - 17:09

"Baş katib mandatının daha bir uzadılmasına cəhd etmək niyyətində deyil”

NATO-nun baş katibi Yens Stoltenberq oktyabr ayında postunu tərk etmək niyyətindədir. AYNA xəbər verir ki, bu barədə baş katibin sözçüsü Oana Lunqesku “Reuters”ə bildirib.

"Baş katibin səlahiyyət müddəti bu ilin oktyabrında başa çatır və o, mandatının daha bir uzadılmasına cəhd etmək niyyətində deyil. Cənab Stoltenberq üç müddət - təxminən doqquz ildir ki, bu vəzifədədir”, - deyə söyləyib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə