Pauellin tövsiyəsi var: Zelenski Trampı özündən uzaqlaşdıracaq heç nə etməməlidir
Böyük Britaniyanın Baş naziri Keir Starmerin təhlükəsizlik üzrə müşaviri Conatan Pauell Ukrayna Prezidenti Volodimir Zelenskiyə İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları ilə bağlı məsləhət vermək üçün Türkiyəyə səfər edir. AYNA.AZ xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.
Eyni zamanda, nəşr qeyd edib ki, digər Avropa ölkələrinin xarici işlər nazirləri hələlik bu danışıqlarda təmsil olunmağa ümid etmirlər.
Xəbərdə vurğulanıb ki, Pauellin tövsiyəsi ondan ibarətdir ki, Zelenski ABŞ Prezidenti Donald Trampı özündən uzaqlaşdıracaq heç nə etməməlidir.