“Xidmət ölkənin şəhərlərində və ucqar rayonlarında, o cümlədən əlçatmaz ərazilərdə mövcuddur”
“Starlink” Ermənistanda peyk interneti təqdim etməyə başlayıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan deyib.
Bildirib ki, “xidmət ölkənin şəhərlərində və ucqar rayonlarında, o cümlədən əlçatmaz ərazilərdə mövcuddur”.
Qeyd edək ki, “Starlink” internet şəbəkəsi Şimali və Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliya da daxil olmaqla 70-dən çox ölkədə istifadəçilər üçün əlçatandır.