“Sputnik V” peyvəndinin xərçəng xəstələrinə təsiri araşdırılır

Dünya

22.05.2021 - 22:56

Həkimlər Klinikalar SEO Xidməti

Araşdırma protokolu ilin sonuna qədər təsdiqlənəcək

 

Rusiyanın koronavirus peyvəndi “Sputnik V”-ni inkişaf etdirən Qamaleya Tədqiqat Mərkəzindən verilən açıqlamada peyvəndin xərçəng xəstələrinə təsiri ilə əlaqədar klinik testlərin ilin sonuna qədər tamamlanmasının planlaşdırıldığı bildirilib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, dünyada qeydiyyata alınan ilk koronavirus peyvəndi olan “Sputnik V”-ni inkişaf etdirən Rusiya Qamaleya Tədqiqat Mərkəzinin vitse-prezidenti Denis Logunov COVID-19 peyvəndinin xərçəng xəstələrinə təsiri ilə əlaqədar klinik testlərin il sonuna qədər tamamlanmasının planlaşdırıldığını söyləyib.

 

O, Rusiyada keçirilən Yeni Məlumat Marafonu çərçivəsində iştirakçılara müraciət edərək “Xərçəng xəstələrinə peyvəndin təsirinə dair araşdırma protokolu ilin sonuna qədər təsdiqlənəcək və araşdırmaların əhəmiyyətli bir hissəsinin başlanacağı və tamamlanacağını planlaşdırılıb”, - deyə  söyləyib.

 

Rus alim klinik sınaqların bir-iki il davam edəcəyini bildirib: “Tənzimləyici tərəfindən təsdiq ediləcək protokol hazırlandı, ən qısa müddətdə Səhiyyə Nazirliyinə müraciət edəcəyik və nazirliklə araşdırmanın nə qədər vaxt aparacağını müəyyənləşdirəcəyik. Bu ən azı 1-2 il vaxt aparacaq”. 

 

Qeyd edək ki, dünyada qeydiyyata alınan ilk koronavirus peyvəndi olan “Sputnik V” Gamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzində hazırlanıb. Uzun müddət tətbiq olunduğu insanlar üzərində mənfi təsir göstərməyən “Sputnik V” peyvəndi yaxşı öyrənilmiş və sübut olunmuş, təhlükəsiz insan adenovirus vektor bazasına əsaslanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş