İlon Maskın sözlərinə görə, işlər o qədər də yaxşı getməyib
Perspektivli “Starship” kosmik gəmisinin Aya və Marsa buraxılması üçün nəzərdə tutulmuş “Super Heavy” raketinin prototipi Texasdakı “SpaceX” buraxılış meydançasında alovlanıb.
AYNA xarici mediaya istinadən bildirir ki, “SpaceX”in rəhbəri İlon Maskın sözlərinə görə, işlər o qədər də yaxşı getməyib. İş adamı əlavə edib ki, problem “Raptor” mühərriklərindən birini işə salarkən yaranıb.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın söndürülüb.
“Super Heavy” və “Starship” sınaq qrupu hazırda zərəri qiymətləndirir.