Rusiya Təhlükəsizlik Şurasının katibini Məhəmməd bin Zayed Əl Nəhyan qəbul edəcək
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfər edib. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib”, - deyə Təhlükəsizlik Şurasının Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Əbu-Dabidə Şoyqu BƏƏ-nin ali rəhbərliyi ilə görüşərək beynəlxalq təhlükəsizlik, eləcə də iqtisadi, siyasi və hərbi-texniki sahələrdə ikitərəfli əməkdaşlığı müzakirə edəcək.
Şoyqunu həmçinin ölkə Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan qəbul edəcək.