Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1772 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 245, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 149, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1234, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 144 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 737 949, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 349 904, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 850 340, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 290 717, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 246 988 nəfər təşkil edir.