Son sutkada 4 nəfər COVID-19-dan vəfat edib

Aktual

25.04.2023 - 16:36

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda daha 18 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 18 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 689 nəfər müalicə olunaraq sağalıb, 10 230 nəfər vəfat edib, aktiv xəstə sayı 209 nəfərdir.

Ölkədə son sutka ərzində 913, hazırkı dövrədək isə 7 584 235 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş