Son iki gündə 125 cinayətin üstü açılıb

Xəbərlər

02.05.2022 - 11:52

Həkimlər Klinikalar SEO Xidməti

Daxili İşlər Nazirliyi cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb

Daxili İşlər Nazirliyi (DİN) aprelin 30-da və mayın 1-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 125 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 53 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 74, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən olunub.

Cinayət törətməkdə şübhəli bilinən 118 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş