Şolts Trampla görüşmək istəyir

Dünya

18.12.2024 - 00:50

Həkimlər Klinikalar SEO Xidməti

Kansler fevralın 23-nə təyin edilmiş federal seçkilərdən əvvəl ABŞ lideri ilə görüşmək niyyətindədir

Almaniya kansleri Olaf Şolts ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla yanvarın 20-də andiçmə mərasimindən sonra və fevralın 23-nə təyin edilmiş federal seçkilərdən əvvəl görüşmək niyyətindədir. AYNA xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya hökumət dairələrindəki mənbələrə istinadən yazıb.

Bildirilib ki, noyabrda seçkilərdə qələbə çaldıqdan sonra Trampla ilk telefon danışığında Şolts “vəzifəsinin başına keçəndən sonra tezliklə ona baş çəkmək arzusunu ifadə edib”.

DPA qeyd edir ki, görüşün olacağı "mümkünsüz görünür". Çünki Şolts hələ Trampın andiçmə mərasiminə dəvət edilməyib.

Daha əvvəl CNN telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, Tramp inauqurasiya mərasiminə Argentina Prezidenti Xavyer Miley, İtaliyanın Baş naziri Giorgio Meloni və El Salvador Prezidenti Nayib Bukele də daxil olmaqla xarici liderlərə dəvət göndərib. “CBS News”un məlumatına görə, Çin lideri Si Cinpin də andiçmə mərasiminə dəvət alıb.

Qeyd edək ki, Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş