Slovakiyalı alpinist Himalay dağlarında ölüb

Dünya

03.11.2024 - 22:50

Həkimlər Klinikalar SEO Xidməti

34 yaşlı alpinist hündürlüyü 7234 m olan dağdan enərkən yarığa düşüb

Slovak alpinist Ondrej Huserka Himalay dağ silsiləsindəki Lanqtanq Lirunq dağından enərkən ölüb. AYNA xəbər verir ki, bu barədə “Športweb” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, 34 yaşlı alpinist hündürlüyü 7234 m olan dağdan enərkən yarığa düşüb. O, oktyabrın 30-da çex alpinisti Marek Holçek ilə birlikdə xilasedicilərə fövqəladə vəziyyət barədə məlumat verib.

Quserkanın xilas edilməsi əməliyyatı bir neçə gün davam edib. Sonda xilasedicilər yarığın dibinə enə biliblər və alpinistin ölümünü təsdiqləyiblər.

Müəllif: Ayna.az